Əsas Səhifə > Redaktor seçimi > AFFA sənədlərin saxtalaşdırılmasında iştirak edən məşqçini futboldan kənarlaşdırıb
AFFA sənədlərin saxtalaşdırılmasında iştirak edən məşqçini futboldan kənarlaşdırıb13-12-2023, 14:04 |
AFFA U-13 Liqasında çıxış edən “Baku Sportinq” komandasının məşqçisi Şamil Məmmədov sənədlərin saxtalaşdırılmasında iştirak etdiyi üçün futboldan 12 aylıq kənarlaşdırılıb. BrendSport.az xəbər verir ki, AFFA İntizam Komitəsi mütəxəssisə cəzanın 6 ayını şərti olaraq tətbiq edib. Cəzaya səbəb lisenziyası olmayan Əli Hüseynovun komandanın heyətində Roman Bayandurovun adından oyunlara çıxmasıdır. O, konkret olaraq 9 oyunda mübarizə aparıb. Həmin qarşılaşmalarda “Baku Sportinq”ə 0:3 hesablı texniki məğlubiyyət verilib. Geri qayıt |