Əsas Səhifə > Redaktor seçimi > Hüseyn bundan sonra da məşqlərini davam etdirib daha böyük uğurlar qazanacağına inanır

Hüseyn bundan sonra da məşqlərini davam etdirib daha böyük uğurlar qazanacağına inanır


8-03-2018, 21:46


Son zamanlar Azərbaycanda idmanın bütün sahələrinə gənclərin axınını görmək olar. Bu, xüsusilə də kiçik yaşlı uşaqlarda daha çox rast gəlinir.

Belə idman növlərindən biri də taekvondodur. Demək olar ki, paytaxtımızda və bölgələrimizin hər yerində taekvondo üzrə məktəblər fəaliyyət göstərir. Bu da gənclərin boş vaxtlarının səmərəli keçirmələri və gələcəkdə idmanda yüksək nailiyyətlər əldə edərək özləri üçün karyera qurmalarına yardımçı olur.

BrendSport.az saytı xəbər verir ki, əldə etdiyi uğurlu nəticələrə görə sayılıb-seçilən taekvondo məktəblərindən biri də Bakıxanov qəsəbəsində Etibar İbrahimovun rəhbərliyi altında fəaliyyət göstərən məktəbdir.

Məktəbdə 5 yaşından yuxarı bir çox gənc idmanın bu növünün sirlərini öyrənir. Hazırda məktəbdə qara kəmər sahibi idmançılar da nailiyyətlərini artırmaq üçün məşqlərini davam etdirirlər.

Məktəbə son zamanlar üzv olan gənclərdən biri də Hüseyn Abbaszadədir.

Hüseyn 5 aprel 2008-ci ildə Sabirabad rayonunda anadan olub. Əslən Zəngilan rayonundan olsa da, məlum məcburi köçkünlük həyatı bir çox ailələr kimi onun ailəsinin də əvvəlcə Sabirabad rayonunda, hazırda isə Bakı şəhərində məskunlaşmağa məcbur edib.

Hüseyn hazırda tanınmış pedaqoq, "Tərəqqi" medalı laureatı, “Əməkdar müəllim” Məhəmməd Məmmədovun direktoru olduğu Zəngilan rayonu 29 nömrəli tam orta məktəbin IV sinif şagirdidi. Sinif yoldaşları arasında xüsusi hörməti olmaqla bərabər, həm də əlaçı şagirdlər arasındadır. Təhsil aldığı 29 nömrəli məktəb də rayon məktəbləri arasında təhsili və uşaqların davamiyyəti baxımından seçilən bir təhsil ocağıdır.

Boş vaxtlarında məhəllə uşaqları ilə futbol oyanyan Hüseyn bunu özünə hobbi kimi görür. Sinif yoldaşlarından isə Sərxan Paşayevlə dostluq edir.

10 aydır taekvondo ilə məşğul olan Hüseyn, hazırda yaşıl xətt kəməri sahibir.

Bu yaxınlarda klublar arasında keçirilən yoldaşlıq görüşündə 38 kq çəki dərəcəsində 1-ci yeri tutaraq idman həyatının ilk çempionluğunu yaşayıb.

Məşqçisi, Azərbaycan Taekvondo Federasiyasının tanınmış məşqçilərindən olan Etibar müəllimdən qalibiyyət diplomunu alan Hüseyn bundan sonra da məşqlərini davam etdirib daha böyük uğurlar qazanacağına inanır.

Alxas Məmmədov



Geri qayıt