Əsas Səhifə > Redaktor seçimi > ""Qarabağ" yatmış bir vulkan idi"
""Qarabağ" yatmış bir vulkan idi"1-02-2018, 21:02 |
Şamil Alıyev 1962-ci il yanvar ayının 1-də Qərbi Azərbaycanda anadan olub. İstisu şəhərində orta məktəbi müvəffəqiyyətlə bitirib. Orta məktəb illərində əlaçılar sırasında olan Şamil öz təlim-tərbiyyəsi ilə də seçilib. İdmanın futbol növünə olan marağı onu müxtəlif yarışlara aparırdı. Amma yaxşı oxumaq onun bu marağına üstün gəlib. 1980-1982-ci illərdə hərbi xidmətdə olub. Hərbi xidmət dövründə bir neçə futbol yarışının iştirakçısı və qalibi olub. 1983-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna (indiki Azərbaycan Memarlıq və İnşaat Akademiyası) qəbul olub. Sənaye və mülki tikinti fakültəsinin məzunudur. Ali məktəbdə oxuduğu müddətdə də futboldan ayrılmayıb. Şamil müəllimin dediyinə görə Banişevskinin adı gələndə hamı ayağa qalxardı. "Neftçi"nin oyunu olanda millətin əlindən stadionda yer olmazdı. O vaxtlar çox adam ailəvi oyuna baxmağa gedərdi. Əmək fəaliyyətinə əvvəl fəhlə kimi başlayan Şamil müəllim sonralar mühəndis, aparıcı mühəndis, istehsalat rəisi olmuşdur. İşlədiyi yerlərdə idmançılara daim dəstək olub. Hazırda "Şən" MMC -də mühəndis vəzifəsində çalışır. Elnur, Könül və Rəşad adlı üç övladı var. Şamil müəllimin iki nəvəsi də var Məryəm və Yusif. Şamil müəllimin futbolumuz haqqında maraqlı fikirləri var: - Futbolun inkşafı məhəllə futbolundan başlayır. O yoxdursa, futbol da ola bilməz. Bizim vaxtlar bir məhəllə başqa məhəllə ilə əməlli-başlı futbol oynayırdıq. Ən yaralı yerimiz topun partlaması olurdu. Gəl indi top tap da (gülür). Ancaq indi maşallah hər yerdə top var. Futbol incəsənətdir. Həm zövq, həm bayram idi bizim üçün. İndiki komandalarımızdan "Qarabağ" yatmış bir vulkan idi. Sağ olsun Qurban Qurbanov oyatdı o vulkanı. İnanıram ki, nəvələrimi gələcək oyunlara aparsam utanmayacam. Əliqasım Məmmədov, ADPU-nun I kurs tələbəsi Geri qayıt |