Əsas Səhifə > --- > 4SİM: "Azərbaycanda gənclərin rəqəmsal savadlılıq səviyyəsi bəzi inkişaf etmiş ölkələrin göstəricilərinə yaxındır"

4SİM: "Azərbaycanda gənclərin rəqəmsal savadlılıq səviyyəsi bəzi inkişaf etmiş ölkələrin göstəricilərinə yaxındır"


14-02-2023, 00:15


Azərbaycanda rəqəmsal savadlılıq 53-55 % arasındadır.

BrendSport.az
xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) rəqəmsal iqtisadiyyat şöbəsinin müdiri Cavid Abdullayev Mərkəzin təşkilatçılığı ilə "IT Hub Azerbaijan" layihəsinin açılış tədbirində deyib.

"Bu, bəzi inkişaf etmiş ölkələrin göstəricilərinə yaxındır. Hazırda bu savadlılıq Bakıda daha yüksəkdir. Regionlarda isə rəqəmsal bərabərsizlik var. Bu da regionlarda rəqəmsal savadlılığın artırılmasını bizim üçün vacib edir", - C. Abdullayev deyib.

Onun sözlərinə görə, Azərbaycanda əhali arasında internetdən istifadə sayı 80 %-i keçib: "Bu göstəricinin formalaşmasında əsas rolu Bakı oynayır: "Amma regionlarda da bu istiqamətdə addımlar atılır".

C.Abdullayev əlavə edib ki, Azərbaycanda 2016-2021-ci illər ərzində iş yerlərində İT sahəsinə tələb 5 dəfə artıb: “Bu göstərici hər il daha da yüksəlir. Eyni zamanda ötən ilin göstəricilərinə görə Azərbaycanda nağdsız ödənişlərin həcmi 3 milyard manatı keçib".
Geri qayıt