Əsas Səhifə > --- > Veteranlar arasında stolüstü tennis üzrə Azərbaycan çempionatının açılışı olub

Veteranlar arasında stolüstü tennis üzrə Azərbaycan çempionatının açılışı olub


19-05-2019, 01:29
Veteranlar arasında stolüstü tennis üzrə Azərbaycan çempionatının açılışı olub
Mayın 18-də Mais Şeydabəyovun xatirəsinə həsr olunmuş veteranlar arasında stolüstü tennis üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib.

BrendSport.az xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov turnirin təşkilində əsas məqsədin idman mütəxəssisi Mais Şeydabəyovun xatirəsini yad etmək, veteranların sağlamlığını möhkəmləndirmək, onları fəal idman həyatına cəlb etmək olduğunu bildirib. O qeyd edib ki, ölkəmizdə stolüstü tennis öz inkişafını getdikcə genişləndirir və bu idman növünə maraq xeyli artıb. Vitse-prezident bütün iştirakçılara uğurlar arzulayıb.
"Şüa" idman-sağlamlıq kompleksində təşkil edilən çempionatda 50-dən çox iştirakçı mübarizə aparır.
Turnirə mayın 19-da yekun vurulacaq.
Geri qayıt