Əsas Səhifə > Ölkə idmanı > Qusarda məktəbli qızlar arasında “Futzal kuboku” turniri təşkil olunub

Qusarda məktəbli qızlar arasında “Futzal kuboku” turniri təşkil olunub


17-04-2023, 07:00
Qusarda məktəbli qızlar arasında “Futzal kuboku” turniri təşkil olunub


AFFA-nın təşkilatçılığı ilə Qusar Olimpiya İdman Kompleksində 14 yaşadək məktəbli qızlar arasında “Futzal kuboku” turniri keçirilib.
BrendSport.az AFFA-nın saytına istinadla xəbər verir ki, turnirin ilk günündə qızlardan ibarət 12 komanda arasında qrup mərhələsi üzrə 12 oyun keçirilib. Növbəti gün isə pley-off mərhələsinin oyunlarına yekun vurulub. Tunirdə 120 yeni qız futbolçu qeydiyyatdan keçib.
Hil kənd tam orta məktəbinin komandası turnirin qalibi olub. Gədəzeyxur kənd tam orta məktəb yarışı ikinci, Bədişqala kənd tam orta məktəbinin şagirdləri isə üçüncü pillədə başa vurublar.
Gədəzeyxur kənd tam orta məktəbin şagirdi Güləndər Mehdiyeva 8 qolla turnirin ən məhsuldar oyunçusu olub. Bədişqala kənd tam orta məktəbin şagirdi Cəhanə Qədimova ən yaxşı oyunçu, Hil kənd tam orta məktəbin şagirdi Amaliya Bəyova isə turnirin ən yaxşı qapıçısı seçilib.
İlk üç yeri tutan komandalar diplom və medallar, qalib komanda isə kubokla mükafatlandırılıb. Mükafatları AFFA-nın qadın futbolu departamentinin rəisi Əminə Həsənova, 17 yaşadək qızlardan ibarət milli komandanın baş məşqçisi Nərgiz Qurbanova və 15 yaşadək qızlardan ibarət yığmasnı çalışdıran Xanlar Əliyev təqdim ediblər.
Qeyd edək ki, layihənin əsas məqsədi həm gələcəkdə qızlar futzal liqasını, həm də qadınlardan ibarət futzal üzrə milli komandanın yaradılmasıdır.
Geri qayıt