Əsas Səhifə > Ölkə idmanı > “Neftçi”nin kapitanı Emin Mahmudov yeni rekorda imza atıb
“Neftçi”nin kapitanı Emin Mahmudov yeni rekorda imza atıb17-04-2023, 10:00 |
Bakının “Neftçi” klubunun futbolçusu Emin Mahmudov Azərbaycan Premyer Liqasının cari mövsümündə yeddinci dəfə penaltidən qol vurub. Otuz bir yaşlı yarımmüdafiəçi “Qəbələ” ilə ev görüşündə (1:2) fərqlənib. BrendSport.az Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, E.Mahmudov bununla da “Neftçi”nin tarixində yeni rekorda imza atıb. O, “ağ-qaralar”ın heyətində Azərbaycan çempionatlarında bir mövsümdə ən çox penalti vuran futbolçu olub. E.Mahmudovadək rekord 6 penaltiyə bərabər idi. 1992-ci ildə Yunis Hüseynov, sonradan Adrian Neaqa (2009-2010-cu), Ruslan Qurbanov (2015-2016-cı) və Namik Ələskərov (2020-2021-ci) eyni çempionatda 6 dəfə 11 metrlik cərimə zərbəsi vurublar. R.Qurbanovun bir zərbəsi qeyri-dəqiq olubsa, digər futbolçular 6 penaltinin hamısını qola çeviriblər. Geri qayıt |