Əsas Səhifə > Ölkə idmanı > Riçard Almeyda Azərbaycan Premyer Liqasındakı penalti sayını 25-ə çatdırıb

Riçard Almeyda Azərbaycan Premyer Liqasındakı penalti sayını 25-ə çatdırıb


17-04-2023, 12:00
Riçard Almeyda Azərbaycan Premyer Liqasındakı penalti sayını 25-ə çatdırıb


Riçard Almeyda Azərbaycan Premyer Liqasındakı penalti sayını 25-ə çatdırıb. “Qarabağ”ın yarımmüdafiəçisi buna XXX turda nail olub.
BrendSport.az Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, Braziliya əsilli futbolçu “Sabah”la görüşdə (1:2) 11 metrlik nöqtədən dəqiq zərbə endirib. Bu, Almeydanın Azərbaycan çempionatlarında penaltidən 23-cü qolu olub. O, digər iki imkanı qaçırıb.
Qeyd edək ki, Almeyda XXI əsrdə çempionatda ən çox penalti vuran oyunçudur.
Geri qayıt