Əsas Səhifə > Ölkə idmanı > Sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatı başa çatıb

Sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatı başa çatıb


18-12-2017, 20:09



Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatı başa çatıb.

Azərbaycan Güləş Federasiyasından bildirilib ki, çəki dərəcələri üzrə ilk üç yeri tutan idmançılar federasiya tərəfindən diplom, medal və pul mükafatları ilə təltif edilib. Yığma komandanın heyətinə cəlb olunan qaliblər il ərzində millinin mübarizə aparacağı beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Yarışın sonuncu iki günündə 57, 61, 65, 70, 74, 79, 86, 92, 97 və 125 kq-dək çəki dərəcələrində sərbəst güləşçilər mübarizə aparıb. Ümumilikdə 212 sərbəst güləşçinin çıxış etdiyi çempionat gərgin və maraqlı idman mübarizəsi şəraitində keçirilib.

Çempionatın sərbəst güləş yarışlarında Əfqan Xaşalov (57 kq), Mircəlal Həsənzadə (61 kq), Ağahüseyn Mustafayev (65 kq), Murtuz Müslümov (70 kq), Hacımurad Ömərov (74 kq), Cəbrayıl Həsənov (79 kq), Aleksandr Qostiyev (86 kq), Şərif Şərifov (92 kq), Nurməhəmməd Hacıyev (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) bütün rəqiblərini üstələyərək Azərbaycan çempionu adını qazanıblar.

Azərtac.az

Geri qayıt