Əsas Səhifə > Ölkə idmanı > Əliyar Ağayev Yunanıstan kuboku yarışlarının yarımfinal oyununa təyinat alıb

Əliyar Ağayev Yunanıstan kuboku yarışlarının yarımfinal oyununa təyinat alıb


11-04-2023, 12:43
Əliyar Ağayev Yunanıstan kuboku yarışlarının yarımfinal oyununa təyinat alıb

FIFA referisi Əliyar Ağayev Yunanıstan kuboku yarışlarının yarımfinal oyununa təyinat alıb.

BrendSport.az
AFFA-nın saytına istinadla xəbər verir ki, Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, Ə.Ağayev aprelin 12-də Yunanıstan kuboku yarışlarının yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Olimpiakos” – AEK qarşılaşmasının baş hakimi olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. VAR hakimi isə Elçin Məsiyev olacaq.
Geri qayıt