Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan millisi FIFA reytinqində 3 pillə geriləyib
Azərbaycan millisi FIFA reytinqində 3 pillə geriləyib6-04-2023, 12:55 |
Azərbaycan millisi FIFA reytinqində 3 pillə geriləyib. BrendSport.az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda hazırda 1142 xalla 124-cü sırada qərarlaşıb. Buna yığmanın AVRO-2024-ün seçmə mərhələsində Avstriyaya 1:4 və İsveçə 0:5 hesablı məğlubiyyətləri səbəb olub. Azərbaycan millisi Avropa komandaları arasında isə 46-cı sıradadır. Bir pillə irəliləyən Türkiyə seçməsi 1465 xalla 43-cü yeri tutub. Reytinqin zirvəsində dəyişiklik olub. 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının qalibi olan Argentina millisi liderliyi ələ keçirib. “Tanqoçular” 1840 xala malikdirlər. Fransa yığması ikinci pilləyə irəliləyibsə, əvvəlki reytinqin lideri Braziliya seçməsi üçüncü sıraya düşüb. İlk “10-luq”: 1. Argentina – 1840 xal 2. Fransa – 1838 3. Braziliya – 1834 4. Belçika – 1792 5. İngiltərə - 1792 6. Niderland – 1731 7. Xorvatiya – 1730 8. İtaliya – 1713 9. Portuqaliya – 1707 10. İspaniya – 1682 AVRO-2024-ün seçmə mərhələsinin F qrupu: 4. Belçika – 1792 22. İsveç - 1558 32. Avstriya – 1508 108. Estoniya - 1182 124. Azərbaycan – 1142 Postsovet məkanı: 30. Ukrayna - 1530 37. Rusiya - 1495 74. Özbəkistan – 1318 77. Gürcüstan – 1311 96. Qırğızıstan - 1225 97. Ermənistan – 1224 98. Belarus – 1210 108. Estoniya – 1182 109. Tacikistan – 1182 112. Qazaxıstan - 1177 124. Azərbaycan – 1142 132. Latviya - 1110 137. Türkmənistan - 1095 146. Litva - 1068 171. Moldova - 972 Geri qayıt |