Əsas Səhifə > Ölkə idmanı > Bakıda “Sağlam həyat” günlərinə start verilib
Bakıda “Sağlam həyat” günlərinə start verilib6-04-2023, 11:02 |
6 Aprel - İnkişaf və Sülh naminə Beynəlxalq İdman Günüdür. Bu münasibətlə, Gənclər və İdman Nazirliyi aprelin 6-dan 10-dək Bakı Qış Parkında və Böyükşor Bulvarında “Sağlam həyat” günləri təşkil edəcək. Bu barədə BrendSport.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Tədbir hər gün saat 10:00-dan 18:00-dək davam edəcək. Müxtəlif idman növləri üzrə normativləri yerinə yetirən iştirakçılara müvafiq sertifikatlar təqdim ediləcək. Geri qayıt |