Əsas Səhifə > Ölkə idmanı > “Sumqayıt”ın futbolçusu cərimələnib

“Sumqayıt”ın futbolçusu cərimələnib


3-04-2023, 15:39
“Sumqayıt”ın futbolçusu cərimələnib


"Sumqayıt” futbol klubunun futbolçusu Vüqar Mustafayevin cəzası açıqlanıb.
BrendSport.az xəbər verir ki, Azərbaycan Futbol Federasiyalar Assosiasiyasının (AFFA) İntizam Komitəsi yarımmüdafiəçini 2 oyunluq diskvalifikasiya edib.
Buna səbəb V.Mustafayevin Premyer Liqanın XXVIII turunda "Turan Tovuz”la oyunda qırmızı vərəqə alması olub. "Gənclik şəhəri” təmsilçisi buna görə, 1600 manat cərimələnib.
Geri qayıt