Əsas Səhifə > Ölkə idmanı > Kamran Zeynalov güllə atıcılığı üzrə Azərbaycan çempionatının qalibi olub

Kamran Zeynalov güllə atıcılığı üzrə Azərbaycan çempionatının qalibi olub


1-04-2023, 14:30
Kamran Zeynalov güllə atıcılığı üzrə Azərbaycan çempionatının qalibi olub


Aprelin 1-də Milli Paralimpiya Komitəsinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Azərbaycan Atıcılıq Federasiyasının dəstəyi ilə Bakı Atıcılıq Mərkəzində güllə atıcılığı üzrə ölkə çempionatı keçirilib.
BrendSport.az xəbər verir ki , çempionatda 6 kişi və 3 qadın olmaqla ümumilikdə 9 idmançı iştirak edib.
Çempionatın açılış mərasimində çıxış edən Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov yarışın keçirilməsində məqsəd milli komandanı formalaşdırmaq və qarşıdan gələn yarışlara hazırlaşmaq olduğunu deyib.
Qeyd edib ki, güllə atıcılarımız “Paris-2024” XVII Yay Paralimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil etməyə iddialıdırlar.
Sonra komitə prezidenti Gənclər və İdman Nazirliyi, Azərbaycan Atıcılıq Federasiyasının rəhbərliyinə göstərilən dəstəyə görə təşəkkürünü bildirib, idmançılara yarışda və qarşıdan gələn Avropa və dünya çempionatlarında uğurlar arzulayıb.
Gənclər və İdman Nazirliyinin sektor müdiri Sevda Mirzəyeva öz növbəsində güllə atıcılarını mövsümün ilk yarışı münasibətilə təbrik edib və onlara uğurlar arzulayıb.
Pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışlarında 563 xal ilə Kamran Zeynalov birinci olub. Aybəniz Babayeva 546 xalla gümüş, Yelena Taranova isə 542 xalla bürünc medala sahib olublar.
Geri qayıt