Əsas Səhifə > Ölkə idmanı > Azərbaycanın 5 boksçusu beynəlxalq turnirə qələbə ilə başlayıb
Azərbaycanın 5 boksçusu beynəlxalq turnirə qələbə ilə başlayıb29-03-2023, 10:00 |
Bakıda yeniyetmə boksçular arasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnir start götürüb. BrendSport.az xəbər verir ki, Boks Mərkəzində 11 ölkədən 100-dən çox idmançının qatıldığı yarışın ilk günündə 16 döyüş baş tutub. 6 çəkidə 1/4, 2 çəkidə 1/2 final mərhələsinə yüksələn boksçuların adları bəlli olub. İlk gündə rinqə çıxan Azərbaycan millisinin üzvlərindən 5-i çıxışını qələbə ilə bitirib. Turnirin ikinci günündə 19 görüş keçiriləcək. Döyüşlər saat 15:00-da başlanacaq. Qeyd edək ki, aprelin 1-də yekunlaşacaq yarışda 14 çəki dərəcəsində mükafatçılar müəyyənləşəcək. 1/8 final 52 kq Əli Xudaverdiyev (Azərbaycan) – Həsrət Mehdiyev (Azərbaycan) – 5:0 Faiq Mollayev (Azərbaycan) – Muhammed Aliyev (Rusiya) – 4:1 Erlan Yerqeşov (Qırğızıstan) – Daniyar Akbısenov (Qazaxıstan) – 1:4 54 kq Raul Əsədullayev (Azərbaycan) – Pavel Kondraşov (Rusiya) – 0:5 57 kq Yeslam Tahirov (Qazaxıstan) – Zviad Tçotçua (Gürcüstan) – 1:4 60 kq Firuzcon Sadullayev (Özbəkistan) – Canaslan Temirbiyev (Rusiya) – 5:0 63 kq Abbasqulu Şadlinski (Azərbaycan) – Həsən Tağızadə (Azərbaycan) – 5:0 66 kq Elnur Abdullayev (Gürcüstan) – Zuxuruddin Abdulloyev (Tacikistan) – birinci tam üstünlüklə qalib gəlib Husanboy Rustamjonov (Özbəkistan) – Bekaris Nurmuxan (Qazaxıstan) – 2:3 1/4 final 46 kq Əli Baxışov (Azərbaycan) – Behruz Kurbonov (Özbəkistan) – birinci döyüşə gəlməyib Sergey Zayats (Belarus) – Ucal Musayev (Azərbaycan) – 2:3 Yasur Uulu Taalaybek (Qırğızıstan) – Bilal Nəzərov (Azərbaycan) – 0:5 Andrey Kotusov (Rusiya) – Fərid İsmayılzadə (Azərbaycan) – 5:0 50 kq Ramazan Orinbassar (Qazaxıstan) – Buzurqmehr İksanov (Tacikistan) – 3:2 Arseni Jiltsov (Rusiya) – Arif Məcidov (Azərbaycan) – 5:0 Şohjaxon Qahramanov (Özbəkistan) – Bağır Əmirxanlı (Azərbaycan) – 5:0 Geri qayıt |