Əsas Səhifə > Ölkə idmanı > “Neftçi”nin müdafiəçisi Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib

“Neftçi”nin müdafiəçisi Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib


19-03-2023, 15:47
“Neftçi”nin müdafiəçisi Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib


“Neftçi”nin futbolçusu Ömər Buludov Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib. İyirmi beş yaşlı müdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının XXVII turuna təsadüf edib. O, “Kəpəz”lə ev matçında (2:2) sonradan meydana çıxıb.
BrendSport.az Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, Ö.Buludov Premyer Liqada yalnız “Neftçi”nin formasını geyindiyi üçün 100 görüşü də bu komandada keçirib. Onun aktivində 4 qol var.
Qeyd edək ki, Ö.Buludovun çempionatda debütü 2017-2018-ci il mövsümündə gerçəkləşib. O, 2017-ci il noyabrın 25-də “Keşlə” (indiki “Şamaxı”) ilə ev matçında (3:1) şans qazanıb.
Geri qayıt