Əsas Səhifə > Ölkə idmanı > Qadın həndbolçuların Azərbaycan çempionatında növbəti oyunlar olub
Qadın həndbolçuların Azərbaycan çempionatında növbəti oyunlar olub14-03-2023, 09:02 |
Qadın həndbolçuların Azərbaycan çempionatında növbəti oyunlar olub. BrendSport.az xəbər verir ki, XV turda autsayder U-16 komandası ilə qarşılaşan “Qarabağ” pərəstişkarlarını inamlı qələbə ilə sevindirib – 51:20. Turun “Azərsu”–“İdman Akademiyası” matçında da sürpriz qeydə alınmayıb. Oyun meydançaya favorit qismində çıxan nominal qonaqların 42:19 hesablı qələbəsi ilə nəticələnib. XVI turun görüşləri də eyni ssenari ilə yadda qalıb. Bu dəfə meydançaya ev sahibi kimi çıxan “Qarabağ” U-16-nı daha böyük hesabla məğlub edib – 46:12. “İdman Akademiyası” həndbolçuları isə “Azərsu” komandasına göz açmağa imkan verməyib – 42:14. “Azəryol” 34 xalla çempionatın vahid lideridir. “İdman Akademiyası” ondan 8 xal geri qalır. “Qarabağ” 24 xalla üçüncüdür. “Azərsu”nun 9, U-16-nın 3 xalı var. Geri qayıt |