Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan Basketbol Liqası: “Sabah” səfərdə qalib gəlib
Azərbaycan Basketbol Liqası: “Sabah” səfərdə qalib gəlib12-03-2023, 17:30 |
BrendSport.az xəbər verir ki, turun son oyunu Şəki Olimpiya İdman Kompleksində keçirilib. “Olimpik Şəki” doğma azarkeşləri önündə “Sabah”la üz-üzə gəlib. Əlavə vaxtın yaşandığı gərgin mübarizənin sonunda bakılılar 86:80 hesabı ilə qələbə qazanıblar. Ən məhsuldar basketbolçular “Olimpik Şəki”dən Larri Robinson (36 xal, 9 ribaund), “Sabah”dan isə Entoni Patti (27 xal, 8 ribaund) olub. Qeyd edək ki, XXII turun oyunları 15-19 mart tarixləri aralığında baş tutacaq. Geri qayıt |