Əsas Səhifə > Ölkə idmanı > Azərbaycanla Qazaxıstan arasında gənclər siyasəti sahəsində əməkdaşlıq mövcuddur

Azərbaycanla Qazaxıstan arasında gənclər siyasəti sahəsində əməkdaşlıq mövcuddur


10-03-2023, 12:47


Martın 10-da gənclər və idman naziri Fərid Qayıbov Qazaxıstanın informasiya və ictimai inkişaf naziri Darxan Kıdırali ilə görüşüb.

BrendSport.az
xəbər verir ki, görüşdə iki qardaş ölkə arasında dostluq əlaqələrinin günbəgün daha da möhkəmləndiyi qeyd olunub.

Ölkəmizdə gənclər siyasəti barədə məlumat verən nazir Fərid Qayıbov Azərbaycanla Qazaxıstan arasında bu sahədə əməkdaşlığın mövcud olduğunu qeyd edib.

Səmimi görüşə görə təşəkkür edən qazaxıstanlı nazir Darxan Kıdırali Qarabağ haqqında qazax dilində yazılmış kitabı Fərid Qayıbova hədiyyə edib.
Geri qayıt