Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan şahmatçıları Avropa çempionatında növbəti görüşlərini keçiriblər
Azərbaycan şahmatçıları Avropa çempionatında növbəti görüşlərini keçiriblər9-03-2023, 08:30 |
Azərbaycan şahmatçıları Serbiyanın Vrnyaçka Banya şəhərində təşkil olunan 23-cü şəxsi Avropa çempionatında növbəti görüşlərini keçiriblər. BrendSport.az xəbər verir ki, VI turda Nicat Abbasov, Misrətdin İsgəndərov, Namiq Quliyev, Abdulla Qədimbəyli, Əhməd Əhmədzadə, Xəzər Babazadə, Xaqan Əhməd qələbə qazanıb. Vüqar Əsədli, Vüqar Manafov, Ülviyyə Fətəliyeva, Vüqar Rəsulov, Ülvi Sadıqov, Riad Səmədov və Şahin Vəliyev görüşlərini heç-heçə başa vurublar. Eltac Səfərli, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Elmar Atakişiyev, Nail Bəşirli isə rəqiblərinə məğlub olub. Hazırda iti zəka sahiblərindən ən yaxşı göstərici Nicat Abbasova məxsusdur. 27 yaşlı qrossmeyster 5 xalla 9-cu pillədə qərarlaşıb. Qeyd edək ki, Avropa çempionatı martın 14-də başa çatacaq. Geri qayıt |