Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan Premyer Liqasında iştirak edən klubların əvəzedici heyətləri arasında çempionat bərpa edilib

Azərbaycan Premyer Liqasında iştirak edən klubların əvəzedici heyətləri arasında çempionat bərpa edilib


7-03-2023, 13:34


2023/2024 mövsümündən I Divizionda Premyer Liqanın əvəzedici komandaları iştirak etməyəcək.

BrendSport.az
xəbər verir ki, bunu AFFA-nın baş katibi Sərxan Hacıyev qurumun İcraiyyə Komitəsinin iclasından sonra deyib.

O, əvəzedicilərin çempionatının bərpa ediləcəyini söyləyib: “I Divizionda 10 komandanın iştirakı planlaşdırılır. Dövlət tərəfindən həmin klublara dəstək də olunacaq. Birinci Diviziondakı 10 komandaya 3 milyon vəsait ayrılacaq".

Baş katib əlavə 4 komandanın I Divizona gələcəyini diqqətə çatdırıb: “Füzuli”, “Difai” və bir neçə komanda aşağı dəstədə iştirak üçün müraciət edib".


Geri qayıt