Əsas Səhifə > Ölkə idmanı > Millimiz Dubayda Birləşmiş Ərəb Əmirliklərinin yığması ilə yoldaşlıq oyunları keçirəcək

Millimiz Dubayda Birləşmiş Ərəb Əmirliklərinin yığması ilə yoldaşlıq oyunları keçirəcək


6-03-2023, 09:25
Millimiz Dubayda Birləşmiş Ərəb Əmirliklərinin yığması ilə yoldaşlıq oyunları keçirəcək

Martın 7-dək Bakıda, 8-dən 14-dək isə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq.

BrendSport.az
xəbər verir ki, millimiz hazırlıq çərçivəsində martın 10-da və 13-də BƏƏ-nin müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq oyunu keçirəcək.
Geri qayıt