Əsas Səhifə > Ölkə idmanı > Güləşçilərimiz xatirə turnirində güclərini sınayacaqlar

Güləşçilərimiz xatirə turnirində güclərini sınayacaqlar


1-03-2023, 21:49
Güləşçilərimiz xatirə turnirində güclərini sınayacaqlar

Martın 2-də Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə Dan Kolov və Nikola Petrovun xatirə turnirinə start veriləcək.

BrendSport.az
xəbər verir ki, martın 5-dək davam edəcək ənənəvi yarışda ölkəmizi 9 idmançı təmsil edəcək.

Sərbəst güləş üzrə yarışlarda məşqçilər Arif Abdullayev və Rövşən Hacıyevin rəhbərliyi altında İntiqam Vəlizadə (61 kq), Orxan Abasov, Abubakr Abakarov (hər ikisi 86 kq), İbrahim Yusubov (92 kq), Rahid Həmidli və Georgi Meşvildişvili (hər ikisi 125 kq) mübarizə aparacaqlar.

Qadın güləşi üzrə millimizin baş məşqçi əvəzi Rövşən Umudov 3 idmançının xidmətindən istifadə edəcək. Sofiyada Mariya Stadnik, Türkan Nəsirova (hər ikisi 50 kq) və Elis Manolova (62 kq) uğur qazanmağa çalışacaqlar.

Qeyd edək ki, III dərəcəli beynəlxalq hakim Elgün Məmmədov turnirdə ədaləti qoruyacaq.
Geri qayıt