Əsas Səhifə > Ölkə idmanı > Boksçumuz beynəlxalq turnirdə finala yüksəlib
Boksçumuz beynəlxalq turnirdə finala yüksəlib26-02-2023, 16:09 |
Azərbaycan boksçusu Aynur Rzayeva Bolqarıstanın paytaxtı Sofiyada keçirilən “Strandja” beynəlxalq turnirində finala yüksəlib. BrendSport.az xəbər verir ki, +81 kq çəkidə mübarizə aparan təmsilçimiz A kateqoriyalı yarışın yarımfinalında hindistanlı Monikaya qalib gəlib. Avropa çempionatının mükafatçısı rəqibini 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib. A.Rzayeva finalda Aqata Kajmarska (Polşa) ilə döyüşəcək. Digər boksçumuz Məhəmməd Abdullayev (+92 kq) isə bürünc medalla kifayətlənib. Özbəkistanlı Bahodir Jalolovla mübarizədə rəqib mərhələ adlayıb. Qeyd edək ki, “Strandja” turnirinə 40-a qədər ölkədən 398 boksçu (256 kişi, 142 qadın) qatılıb. Geri qayıt |