Əsas Səhifə > Ölkə idmanı > Paraatletlərimiz Dubayda Qran-Pri turnirində güclərini sınayacaqlar

Paraatletlərimiz Dubayda Qran-Pri turnirində güclərini sınayacaqlar


22-02-2023, 19:11
Paraatletlərimiz Dubayda Qran-Pri turnirində güclərini sınayacaqlar

Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) atletika üzrə komandası Dubayda keçiriləcək Qran-Pri turnirində iştirak edəcək.

BrendSport.az
xəbər verir ki, fevralın 22-dən martın 2-dək keçiriləcək yarış “Paris-2024” XVII Yay Paralimpiya Oyunlarında iştirak üçün reytinq xalları qazandıracaq.

Qeyd edək ki, yarışdan əvvəl Beynəlxalq Paralimpiya Komitəsinin qaydalarına uyğun olaraq idmançılar üçün tibbi təsnifat keçiriləcək. Tibbi təsnifatdan uğurla keçmiş idmançılar yarışda iştirak hüququ əldə edəcəklər.
Geri qayıt