Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan birinciliyində 270-dən artıq cüdoçu mübarizə aparacaq

Azərbaycan birinciliyində 270-dən artıq cüdoçu mübarizə aparacaq


21-02-2023, 18:45
Azərbaycan birinciliyində 270-dən artıq cüdoçu mübarizə aparacaq

Fevralın 22-də 21 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.

BrendSport.az
Azərbaycan Cüdo Federasiyasına istinadla xəbər verir ki, yarışda 64 klub, cəmiyyət və idman təşkilatından 270-dən artıq idmançı medallar uğrunda mübarizə aparacaq.

Birinciliyin ilk iki günündə fərdi, ayın 24-də isə komanda yarışları keçiriləcək.

Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində keçiriləcək yarışı izləmək üçün arenaya giriş sərbəst olacaq.
Geri qayıt