Əsas Səhifə > Ölkə idmanı > Basketbol üzrə Azərbaycan kuboku yarışlarının keçirilmə vaxtı açıqlanıb

Basketbol üzrə Azərbaycan kuboku yarışlarının keçirilmə vaxtı açıqlanıb


20-02-2023, 18:38
Basketbol üzrə Azərbaycan kuboku yarışlarının keçirilmə vaxtı açıqlanıb

Martın 21-26-da “Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan kuboku yarışları keçiriləcək.

BrendSport.az
xəbər verir ki, iki qrupda ümumilikdə 8 komandanın iştirakı ilə keçiriləcək yarış dairəvi sistemi üzrə oynanılacaq. Qruplarda ilk iki yeri tutmuş komandalar yarımfinala vəsiqə qazanacaqlar. Martın 26-da isə yarışın final oyunu keçiriləcək.

Qeyd edək ki, yarışın püşkatma mərasimi fevralın 21-də baş tutacaq və federasiyanın rəsmi yutub səhifəsindən canlı yayımlanacaq.
Geri qayıt