Əsas Səhifə > Ölkə idmanı > Tələbələrin uğurları

Tələbələrin uğurları


29-08-2017, 17:43


BrendSport.az saytı xəbər verir ki, Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Mənmədovun sözlərinə görə, "hazırda Taypey şəhərində keçirilən 29-cu dünya universiyadasında Azərbaycan idman tarixində növbəti iz qoyuldu. Belə ki, bu möhtəşəm idman tədbirində idmançılarımız 3 qızıl, 1 gümüş və 4 bürünc medal əldə ediblər.

I yer:

-Kotsiyev Zelim - cüdo (100kg)
-Beigi Harçeqani Milad - taekvondo. (80 kg)
-Babayev Nazim - atletika (üç təkanla tullanma)

II yer:

-Tağızadə Ayxan - taekvondo (68 kg)

III yer:

-Dadaşov Firudin - cudo (90 kg)
-İsayev Radik - taekvondo (+87 kg)
-Məmmədov Məhəmməd - taekvondo (63 kg)
-Quliyev Səid - taekvondo (74 kg)

Təbrik edirəm, uğurlar Azərbaycanın uğurudur. Dövlətimizin idmana olan qayğısının bariz nümunəsidir."

Xatırladaq ki, yarışlara bu gun son qoyulub sabah isə bağlanış mərasimi olacaq.

Biz də "BrendSport" saytı olaraq bütün idmansevərləri təbrik edirik.
Geri qayıt