Əsas Səhifə > Ölkə idmanı > "Sabah” klubu tarixində ilkə imza atıb
"Sabah” klubu tarixində ilkə imza atıb13-02-2023, 10:01 |
“Sabah” klubu tarixində ilkə imza atıb. BrendSport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, paytaxt klubu Premyer Liqanın cari mövsümündə 50-ci qolunu vurmaqla öz rekordunu yeniləyib. Yubiley topu XXII turun “Qarabağ”la oyununa təsadüf edib – 1:1. Bununla “Sabah” tarixində ilk dəfə bir mövsümdə “100”ü yarılayıb. Bakı klubu ölkə çempionatlarında buna nail olan 17-ci komandadır. 1992-ci ildən keçirilən yarışın tarixində bunadək 16 klub bir mövsümdə 50 və ya daha çox qol vurub. “Qarabağ” hamıdan çox – 14 dəfə bunu bacarıb. Ümumilikdə isə 63-cü dəfə belə hadisə yaşanıb. “Azersun Arena”dakı heç-heçə “Sabah”ın Premyer Liqada 30-cu sülhü olub. Bu yubiley 126-cı matçda qeydə alınıb. Bərabərliklərdən 14-ü ev, 16-sı səfərə təsadüf edib. Geri qayıt |