Əsas Səhifə > Ölkə idmanı > Badminton üzrə paytaxt birinciliyi təşkil olunacaq

Badminton üzrə paytaxt birinciliyi təşkil olunacaq


9-02-2023, 20:27
Badminton üzrə paytaxt birinciliyi təşkil olunacaq

Azərbaycan Badminton Federasiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 2011-2012-ci il təvəllüdlü idmançılar arasında paytaxt birinciliyi keçiriləcək.

Federasiyanın mətbuat xidmətindən BrendSport.az
-a bildiriblər ki, fevralın 10-13-də 277 nömrəli idman təmayüllü məktəbin zalında keçiriləcək yarış uşaq badmintonçulara dəstək məqsədi daşıyır.
Yarış şəxsi, qoşa və qarışıq qoşa kateqoriyaları üzrə keçiriləcək.
Geri qayıt