Əsas Səhifə > Ölkə idmanı > Millimizin Avropa çempionatının əsas mərhələsindəki oyunlarının təqvimi açıqlanıb

Millimizin Avropa çempionatının əsas mərhələsindəki oyunlarının təqvimi açıqlanıb


7-02-2023, 12:51
Millimizin Avropa çempionatının əsas mərhələsindəki oyunlarının təqvimi açıqlanıb

On doqquz yaşadək futzalçılar arasında təşkil olunacaq Avropa çempionatının əsas mərhələsində mübarizə aparacaq Azərbaycan millisinin yer aldığı 5-ci qrupun təqvimi açıqlanıb.

BrendSport.az
Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, millimiz martın 22-də Fransadan olan həmyaşıdları ilə üz-üzə gələcək. Ertəsi gün rəqibimiz Bosniya və Herseqovina futzalçıları olacaq. Baş məşqçi Ağatahir Əzimovun başçılıq etdiyi U-19 bu mərhələdə son görüşünü martın 25-də Yunanıstan yığmasına qarşı keçirəcək.
Qeyd edək ki, 5-ci qrupun oyunları Bosniya və Herseqovinada təşkil olunacaq.
Geri qayıt