Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan Basketbol Liqası: XV tura yekun vurulub

Azərbaycan Basketbol Liqası: XV tura yekun vurulub


28-01-2023, 20:30
Azərbaycan Basketbol Liqası: XV tura yekun vurulub


Azərbaycan Basketbol Liqasında (ABL) XV tur yekunlaşıb.
BrendSport.az xəbər verir ki, turun bağlanış oyunu bu gün Sərhədçi İdman Mərkəzində “AAAF Xırdalan BK” və “Neftçi İK” arasında keçirilib.
Gərgin və maraqlı mübarizə şəraitində keçən, əlavə vaxta gedən oyunun sonunda “AAAF Xırdalan BK” rəqibi üzərində 104-102 hesablı qələbə qazanıb.
Matçın ən məhsuldar basketbolçuları “AAAF Xırdalan BK”dan Devin Pullum (35 xal, 5 asist ), “Neftçi İK”dan isə Davit Lomidze (24 xal, 4 ribaund) olub.
Qeyd edək ki, “Gəncə BK” – “Olimpik Şəki BK” komandaları arasındakı oyun texniki və təşkilati məsələlərə görə qeyri-müəyyən vaxta təxirə salınıb.
Geri qayıt