Əsas Səhifə > Ölkə idmanı > Coy Lens Mikels “Sabah”ın tarixinə düşüb

Coy Lens Mikels “Sabah”ın tarixinə düşüb


27-01-2023, 13:26
Coy Lens Mikels “Sabah”ın tarixinə düşüb


Bakının “Sabah” klubu Premyer Liqada 150-ci qolunu vurub. Bu, “Neftçi” ilə qarşılaşmaya təsadüf edib.
BrendSport.az Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, Azərbaycan Premyer Liqasının XIX turunda hesabı açan Coy Lens Mikels “Sabah”ın tarixinə yubiley qolunun müəllifi kimi düşüb.
Yüksək liqada 2018/2019-cu il mövsümündə debüt edən Bakı klubu “150”yə 123-cü matçında çatıb. 2:0 hesablı qələbə qazanan “Sabah”ın hesabında ümumilikdə 151 top var. Paytaxt təmsilçisinin orta məhsuldarlığı 1,23-ə bərabərdir. Bakı təmsilçisi evdə 78, səfərdə 73 dəfə fərqlənib.
Qeyd edək ki, “Sabah” Premyer Liqada ən azı 150 qol vuran 23-cü komandadır.
Geri qayıt