Əsas Səhifə > Ölkə idmanı > “Sabah” klubu “Neftçi”yə iki cavabsız qolla qalib gəlib

“Sabah” klubu “Neftçi”yə iki cavabsız qolla qalib gəlib


26-01-2023, 23:00
“Sabah” klubu “Neftçi”yə iki cavabsız qolla qalib gəlib


Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulub.
BrendSport.az xəbər verir ki, turun son oyununda çempionatın iddialı komandaları “Sabah” və “Neftçi” üz-üzə gəliblər.
Görüş "Sabah"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda Coy Lens Mikels və Aleksey Kaşuk fərqləniblər. Bu qələbədən sonra xallarının sayını 46-ya çatdıran “Sabah” ikinci pillədəki mövqeyini möhkəmlədib. “Neftçi” isə 38 xalla üçüncü yerdə qərarlaşıb.
Turun digər oyunlarında “Qarabağ” “Turan Tovuz”u (3:2), “Zirə” “Sumqayıt”ı (3:1), “Şamaxı” “Səbail”i (2:1) məğlub edib, “Kəpəz” - “Qəbələ” matçı heç-heçə yekunlaşıb - 2:2.
Geri qayıt