Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan Premyer Liqasında yeni ilin ilk matçı oynanılıb

Azərbaycan Premyer Liqasında yeni ilin ilk matçı oynanılıb


24-01-2023, 16:35
Azərbaycan Premyer Liqasında yeni ilin ilk matçı oynanılıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında qış fasiləsindən sonra ilk matç oynanılıb.

BrendSport.az
xəbər verir ki, cari mövsümün 19-cu turunda “Kəpəz” öz meydanında “Qəbələ”ni qəbul edib.
Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.
Oyunda qolları “Kəpəz”in heyətində 18-ci dəqiqədə Ahmed Ayzaya və 42-ci dəqiqədə komandanın yeni transferi Martins Junior vurublar. Hər iki qol penaltidən vurulub.
“Qəbələ”də isə 63-cü dəqiqədə Ruan Renato, 79-cu dəqiqədə Ülvi İsgəndərov fərqləniblər.
Qeyd edək ki, bu nəticədən sonra “Kəpəz” 13 xalla turnir cədvəlində 7-cidir. “Qəbələ” isə 26 xalla 5-ci pillədə qərarlaşıb.
Geri qayıt