Əsas Səhifə > Ölkə idmanı > Fransalı hücumçu Adama Diakabi “Qarabağ”da

Fransalı hücumçu Adama Diakabi “Qarabağ”da


13-01-2023, 15:45
Fransalı hücumçu Adama Diakabi “Qarabağ”da


Ağdamın “Qarabağ” futbol klubu Adama Diakabini heyətinə qatıb.
BrendSport.az kluba istinadla xəbər verir ki, Azərbaycan çempionu fransalı hücumçu ilə 2025-ci il iyunun 30-dək müqavilə imzalayıb.
Futbolçu Fransanın U-21 millisinin şərəfini qoruyub. İyirmi altı yaşlı hücumçu Fransanın “Kan”, “Renn”, “Monako” və “Amyen”, eləcə də İngiltərənin “Haddersfild” və “Nottingem Forest” klublarının da formasını geyinib.

Geri qayıt