Əsas Səhifə > Ölkə idmanı > Ölkə üzrə eyni vaxtda 30 idman kompleksində “Birlikdə üzək” adlı yarışa start verilib
Ölkə üzrə eyni vaxtda 30 idman kompleksində “Birlikdə üzək” adlı yarışa start verilib24-12-2022, 13:19 |
Su İdman Sarayında "Birlikdə üzək" adlı üzgüçülük yarışına start verilib. BrendSport.az xəbər verir ki, ölkə üzrə eyni vaxtda 30 idman kompleksində keçirilən yarışın rəsmi açılış mərasimi Bakıda olub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra çıxış edən gənclər və idman naziri Fərid Qayıbov yarış iştirakçılarını salamlayıb, onlara uğurlar arzulayıb. Ardınca bütün ölkə üzrə eyni vaxtda yarışlar start götürüb. Su İdman Sarayında quraşdırılmış monitorlar vasitəsilə ölkədəki digər idman komplekslərindəki yarışları da izləmək mümkün olub. Yarış dekabrın 26-dək davam edəcək. Yarışın əsas məqsədi su idmanı növlərinin daha geniş yayılması, inkişaf etdirilməsi, kütləviliyin artırılması və sağlam həyat tərzinin təbliğidir. Hər bir iştirakçı 30 dəqiqə ərzində ən uzun məsafəyə üzmək uğrunda yarışacaq. Bütün üzgüçülərə sertifikat və medal təqdim ediləcək. Otuz dəqiqə ərzində ən uzun məsafəyə üzən (hər yaş qrupu üzrə ilk 3 nəfər) iştirakçılar qalib elan olunacaq və hədiyyə olaraq hovuzlara abunəlik qazanacaqlar. Yarışlar 9 yaşdan yuxarı bütün yaş qrupları üzrə kişilər və qadınlar arasında keçirilir. Yarışlar dekabrın 24-də, 25-də və 26-da hər gün saat 10:00-13:00 və 15:00-18:00 aralığında təşkil olunacaq. Geri qayıt |