Əsas Səhifə > Ölkə idmanı / Maraq > Gənc boksçular arasında Azərbaycan birinciliyinə yekun vurulub

Gənc boksçular arasında Azərbaycan birinciliyinə yekun vurulub


23-12-2022, 11:30
Gənc boksçular arasında Azərbaycan birinciliyinə yekun vurulub


Gənc boksçular arasında Azərbaycan birinciliyinə yekun vurulub. Yarışda ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 58 komandanın 175 boksçusu mübarizə aparıb. Yeddi gün davam edən turnirdə 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.
BrendSport.az xəbər verir ki, final döyüşlərində qalib gələn Rauf Məmmədov, Sübhan Məmmədov, Ömər Aslanlı, Məhəmmədəli Aşurəliyev, Nadir Məlikov, Aslan Quliyev, Sənan Hətəmov, Ziya Həsənov, Fərhad Şeydayev, İlfan Xəlilli, İsmayıl İsmayılov, Səbuhi Əlizadə və Fərid İsmayılov çempion tituluna sahib olublar.
Turnirin komanda hesabında “Təhsil” Respublika İdman Mərkəzi 57 xalla birinci yeri tutub. İkinci pilləyə “Neftçi” (24) yiyələndiyi halda, “üçlüy”ü Gəncə komandası (18) qapayıb.
Birincilikdə ən yaxşı boksçu adına Məhəmmədəli Aşurəliyev layiq görülüb. “Qəbələ”nin çalışdırıcısı Ramiz Mirkamilov ən yaxşı məşqçi, Sərraf Səmədov isə ən yaxşı hakim adına sahib olub.
Oğlan boksçularla yanaşı, yeniyetmə və gənc, həmçinin qadın boksçular arasında da son 7 çəkidə ölkənin ən güclüləri müəyyənləşib.
Qeyd edək ki, mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.
Geri qayıt