Əsas Səhifə > Ölkə idmanı / Maraq > “Masters” turniri: Cüdoçumuz bürünc uğrunda döyüşəcək
“Masters” turniri: Cüdoçumuz bürünc uğrunda döyüşəcək22-12-2022, 17:34 |
İsraildə keçirilən “Masters” turnirində Azərbaycanın daha bir cüdoçusu medal uğrunda mübarizə aparacaq. BrendSport.az xəbər verir ki, təmsilçimiz Zelim Kotsoyev (100 kq) bürünc medal üçün Dzhafar Kostoyevlə qarşılaşacaq. Qeyd edək ki, turnirdə ölkəmizi 13 cüdoçu təmsil edir. Komandamız indiyədək iki medal əldə edib. Belə ki, Balabəy Ağayev (60 kq) bürünc, Səid Mollayi (81 kq) gümüş medal qazanıblar. Yarışa 58 ölkədən 350-dən çox cüdoçu qatılıb. Geri qayıt |