Əsas Səhifə > Ölkə idmanı / Maraq > Yarışın ikinci günündə daha beş nəfər ölkə çempionu oldu
Yarışın ikinci günündə daha beş nəfər ölkə çempionu oldu21-12-2022, 21:21 |
Bakı İdman Sarayında keçirilən Azərbaycan çempionatında yunan-Roma güləşi üzrə yarışlara yekun vurulub. BrendSport.az xəbər verir ki, yarışın ikinci günündə - dekabrın 21-də 60, 67, 77, 87 və 130 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşib. Yarışda Nihat Məmmədli (60 kq), Həsən Məmmədli (67 kq), Azad Əliyev (77 kq), Məhəmməd Əhmədiyev (87 kq) və Beka Kandelaki (130 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Qeyd edək ki, dekabrın 22-də 57, 65, 74, 86 və 97 kiloqram çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulacaqlar. Geri qayıt |