Əsas Səhifə > Ölkə idmanı > Bu gün futbol üzrə Azərbaycan Kubokunda son yarımfinalçılar məlum olacaq

Bu gün futbol üzrə Azərbaycan Kubokunda son yarımfinalçılar məlum olacaq


20-12-2022, 09:16
Bu gün futbol üzrə Azərbaycan Kubokunda son yarımfinalçılar məlum olacaq

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq.

BrendSport.az
xəbər verir ki, bununla da yarımfinalın bütün iştirakçıları bəlli olacaq.
Günün ilk oyununda “Turan Tovuz” komandası "Kəpəz"i qəbul edəcək. Qarşılaşma saat 14:00-da start götürəcək. Gəncədəki oyunda qonaqlar 2:1 hesablı qələbə qazanıblar.
Digər matçda isə "Neftçi" və "Zirə" komandaları üz-üzə gələcəklər. "Bakcell Arena"dakı görüş saat 19:00-da başlayacaq. "Qartallar" evdəki ilk oyunda minimal hesabla qalib gəliblər - 1:0.
Bu iki cütün qalibi yarımfinalda bir-birinə rəqib olacaq.
Geri qayıt