Əsas Səhifə > Ölkə idmanı > UEFA AFFA-nın layihəsini təsdiq etdi

UEFA AFFA-nın layihəsini təsdiq etdi


24-11-2017, 16:56


AFFA-nın irəli sürdüyü layihə UEFA-nın Uşaq Fondu (UEFA Children Foundation) tərəfindən təsdiq olunub. Qurumun rəsmi saytına istinadən məlumata görə, “Brave Hearts” (Cəsur ürəklər) adlı layihəyə əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mini-turnir keçiriləcək.

Belə ki, Cocuq Mərcanlıda 3 gün ərzində fərdi inkişaf treninqləri, futbol turniri, müxtəlif əyləncələr təşkil olunacaq, 3 ayda bir dəfə olmaq şərtilə mini-turnir keçiriləcək.

Layihə çərçivəsində kəndin sakinlərinə idman ləvazimatları təqdim olunacaq.


Geri qayıt