Əsas Səhifə > Ölkə idmanı > “Kəpəz”in yoxlama oyunlarındakı ilk iki rəqibi müəyyənləşib

“Kəpəz”in yoxlama oyunlarındakı ilk iki rəqibi müəyyənləşib


17-01-2022, 12:11
“Kəpəz”in yoxlama oyunlarındakı ilk iki rəqibi müəyyənləşib


Qış fasiləsində yoxlama oyunları keçirəcək Gəncənin “Kəpəz” klubunun ilk iki rəqibi müəyyənləşib.

BrendSport.az
kluba istinadla xəbər verir ki, Gəncə təmsilçisi yanvarın 22-də “Turan Tovuz” ilə qarşılaşacaq. Matç Gəncədə keçiriləcək və saat 14:00-da başlayacaq.
“Sarı-göylər” digər yoxlama görüşündə isə Bakıda “Səbail-2” ilə qarşılaşacaq. Bu matç yanvarın 28-nə təyin olunub.
Qeyd edək ki, “Kəpəz” Birinci divizionda 12 turdan sonra 22 xalla turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.
Geri qayıt