Əsas Səhifə > Ölkə idmanı > Milli üzvləri üçün uğurlu həftə
Milli üzvləri üçün uğurlu həftə19-11-2017, 23:03 |
Qadın voleybolçular arasında Türkiyə Sultanlar Liqasında VIII tura yekun vurulub. Milli komandamızın voleybolçularının çıxış etdikləri klublar da növbəti oyunlarını keçiriblər. Yığmamızın kapitanı Odina Bayramovanın şərəfini qoruduğu “Seramiksan” dogma meydanda “İlbank”a qalib gəlib – 3:0. “Mavi-ağlar”ın 25:18, 25:19 və 26:24 hesablı qalibiyyətinə Bayramova 6 xalla töhvə verib. Marqarita Əzizovanın forma geyindiyi “Beşiktaş” Yana Kulanın çıxış etdiyi “Bəylikdüzü”nə qonaq olub. Qonaqların 3:2 hesablı qələbəsi (25:22, 25:23, 17:25, 19:25, 15:13) ilə yekunlaşan oyunu təmsilçilərimiz üçün uğurlu hesab etmək olmaz. Belə ki, qısa müddət meydanda olan idmançılarımızdan Marqarita 2 xal toplayıbsa, Yana fərqlənə bilməyib. Polina Rəhimovanın komandası “Fənərbaxça” isə “Eczacıbaşı”nı qəbul edib. Rəhimova görüşdə sadəcə son setdə oyuna daxil olsa da, “sarı bülbüllər”in 3:2 hesablı qələbəsində mühüm rol oynayıb. O, 11 xal toplayıb. Geridə qalan 8 oyundan sonra “Fənərbaxça” turnir cədvəlinin zirvəsində, “Beşiktaş” 6-cı, “Seramiksan” 7-ci, “Bəylikdüzü” isə 10-cu pillədə qərarlaşıb. Apasport.az Geri qayıt |