Əsas Səhifə > Ölkə idmanı > Teqbol üzrə Azərbaycan kuboku yarışının qrup mərhələsinin oyunları başa çatıb

Teqbol üzrə Azərbaycan kuboku yarışının qrup mərhələsinin oyunları başa çatıb


23-12-2021, 10:22
Teqbol üzrə Azərbaycan kuboku yarışının qrup mərhələsinin oyunları başa çatıb

Teqbol üzrə Azərbaycan kuboku yarışının qrup mərhələsinə yekun vurulub.

BrendSport.az
xəbər verir ki, bununla da, dörddəbir final mərhələnin iştirakçıları müəyyənləşib. Sabah keçiriləcək dörddəbir finalda “Gənclərbirliyi 1” “Marafon”, “Bakı” “Xilə”, “Adaş” “Qarabağ”, “Keşlə” “Meqa” komandaları ilə mübarizə aparacaq. Həmin gün, eyni zamanda yarımfinal və final mərhələləri keçiriləcək.
Azərbaycan kuboku yarışı Gənclər və İdman Nazirliyinin dəstəyi, Futnet və Teqbol federasiyalarının təşkilatçılığı ilə təşkil olunur.
Turnirin qaliblərinə pul mükafatları, kubok, medal və diplomlar təqdim ediləcək. Yarışın bütün iştirakçıları sertifikatla təmin olunacaqlar.
Geri qayıt