Əsas Səhifə > Ölkə idmanı > Güləş üzrə Azərbaycan çempionatının ilk gününün qalibləri müəyyənləşib
Güləş üzrə Azərbaycan çempionatının ilk gününün qalibləri müəyyənləşib8-12-2021, 09:56 |
Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatının ilk gününün qalibləri müəyyənləşib. BrendSport.az xəbər verir ki, milli komandalara seçim xarakteri daşıyan ölkə birinciliyinin birinci günündə - dekabrın 7-də 55, 60, 63, 67, 72, 77 və 82 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri xalça üzərinə çıxıblar. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda İbrahim Nurullayev (55 kq), Elmir Əliyev (60 kq), Murad Məmmədov (63 kq), Namaz Rüstəmov (67 kq), Ülvi Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq) və Tuncay Vəzirzadə (82 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Dekabrın 8-də klassik güləşdə 87, 97 və 130, sərbəst güləşdə isə 57, 61, 65 və 70 kiloqram çəki dərəcələrində medalçıların adına aydınlıq gələcək. Yarışın sonuncu günündə - dekabrın 9-da isə 74, 79, 86, 92, 97 və 125 kiloqram çəki dərəcələrində ölkənin ən güclü sərbəst güləşçiləri bəlli olacaq. Qeyd edək ki, ölkədə davam edən karantin rejimi ilə əlaqədar olaraq Azərbaycan çempionatı azarkeşsiz keçirilir. Geri qayıt |