Əsas Səhifə > Ölkə idmanı > "Qarabağ" "Kəpəz"i məğlub edərək yenidən vahid liderə çevrilib

"Qarabağ" "Kəpəz"i məğlub edərək yenidən vahid liderə çevrilib


5-11-2017, 22:00



Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.

Lider "Qarabağ" Gəncədə "Kəpəz"in qonağı olub.

Görüş Ağdam komandasının qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları 41-ci dəqiqədə Elvin Yunuszadə, 43-cü dəqiqədə isə Miçel vurub. Bu qələbə ilə "Qarabağ" xallarını 25-ə çatdırıb və yenidən vahid liderə çevrilib. Qurban Qurbanovun baş məşqçi olduğu kollektivin ehtiyatda hələ bir oyunu da var.

Azərtac.az

Geri qayıt