Əsas Səhifə > Ölkə idmanı > AFFA 2 məşqçiyə xəbərdarlıq etdi, 1 ay vaxt verdi
AFFA 2 məşqçiyə xəbərdarlıq etdi, 1 ay vaxt verdi12-07-2021, 11:18 |
AFFA «Pro» kateqoriyalı kurslara qatılan 2 məşqçiyə xəbərdarlıq edib. Bu barədə BrendSport.az saytna federasiyadan bildirilib. Belə ki, İlham Yədullayevlə Vüqar Əsgərliyə 1 ay vaxt verilib. Hər iki mütəxəssis bu müddətdə hansısa klubda çalışmağa başlamasa, seminarlardan kənarlaşdırılacaq. Yədullayev son ilyarıımı «Turan Tovuz»da keçirib. Qərb klubu I Divizionun son mövsümündə çempion ola bilmədiyi üçün onunla müqşaviləni uzatmayıb. Qızlardan ibarət U-17 yığmasını çalışdıran Vüqar Əsgərli isə MOİK-in məşqçi korpusundan uzaqlaşdırılıb. UEFA-nın tələblərinə əsasən, «Pro» kateqoriyası almaq istəyən məşqçilər yüksək və aşağı liqa təmsilçilərində fəaliyyət göstərməlidir. Geri qayıt |