Əsas Səhifə > Ölkə idmanı > “Neftçi”–“Dinamo” (Tbilisi) matçını Moldovadan olan hakimlər briqadası idarə edəcək

“Neftçi”–“Dinamo” (Tbilisi) matçını Moldovadan olan hakimlər briqadası idarə edəcək


5-07-2021, 23:01


BrendSport.az xəbər verir ki, oyuna Moldovadan olan hakimlər təyinat alıblar. Matçın baş hakimi Dumitru Muntean olacaq. Ona Vlad Lifsiu və Vadim Vikol kömək edəcəklər. Dördüncü hakim funksiyasını Qabriel Tupisika yerinə yetirəcək.

Qarşılaşmanın UEFA nümayəndəsi Siprian Paraskiv (Rumıniya), hakim-inspektoru isə Aleksandr Qvardis (Rusiya) olacaq.

“Neftçi”–“Dinamo” matçı iyulun 14-də “Bakcell Arena”da təşkil olunacaq.

Qeyd edək ki, bu komandalar arasında ilk oyun iyulun 7-də Boris Payçadze adına “Dinamo Arena”da baş tutacaq və Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Geri qayıt