Əsas Səhifə > Ölkə idmanı > Avropa çempionatında uğurlu çıxış edən gənclərdən ibarət sərbəst güləş millimiz Vətənə qayıdıb

Avropa çempionatında uğurlu çıxış edən gənclərdən ibarət sərbəst güləş millimiz Vətənə qayıdıb


2-07-2021, 14:49


BrendSport.az xəbər verir ki, 3 qızıl və 1 gümüş medalla komanda hesabında 3-cü yeri tutan yığmamız üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi keçirilib.

Komandanın böyük məşqçisi Cəbrayıl Həsənov deyib:

“Düzdür, daha yaxşı nəticə göstərə, başqa çəkilərdə də medal qazana bilərdik. Ancaq alınmadı. Bunun da səbəbləri var. Bir-iki ildir ki, bəzi uşaqlar yarışlarda iştirak etməyib. İnşallah, növbəti turnirlərdə ümidləri doğruldarlar. Avropa çempionatında medal qazanan güləşçilərimizə gəlincə, Turan Bayramov rəqiblərinə 1 xal belə vermədi. Kənan Heybətov erməni güləşçi ilə final görüşündə elə bir əzmkarlıq göstərdi ki, elə bir vəziyyətdə xal aldı ki, sevincimizdən nə edəcəyimizi bilmirdik. Cəbrayıl Hacıyev də çempion oldu, Aydın Əhmədov isə ikinci yeri tutdu. Komanda hesabında 3-cü olduq. Bundan sonra avqustda keçiriləcək dünya çempionatına hazırlaşacağıq”.
Geri qayıt